22 Noyabr 2017, Çərşənbə - 07:42

F.Alonso 2009-cu ildə Brawn GP-yə yox deyibmiş

F.Alonso 2009-cu ildə Brawn GP-yə yox deyibmiş

Müəllif: Rauf Hacıyev, redaktor

19:12 - 18 İyun, 2017

Mercedes komandasının sabiq icraçı direktoru Nik Fray bildirib ki, 2009-cu ildə Fernando Alonsoya trasfer təklifi etsələr də, ispaniyalıdan yox cavabı almışdılar.

F-1.az xatırladır ki, Honda 2008-ci ilin sonunda Formula1-dən getmiş və o dövrdə yapon təmsilçisinin heyətində işləyən Ross Braun ilə Nik Fray Hondanın bazasını satın alaraq, Brawn GP komandasını qurmuşdular.

Brawn komandası Batton və Barrikello ilə 2009-cu ilə fırtına kimi başlayaraq, mövsümün sonunda həm Mühəndislər Kubokunda, həm də Sürücülər Çempionatında birinci olmuşdular.

Nik Fray: “Alonso 2009-cu ildə bizimlə yarışmalı idi. Ona təklif göndərsək də, qəbul etmədi. Müsbət cavab versəydi, indi dördqat Dünya Çempionu idi. Əsl istedadını göstərə bilməyən sürücülərdən biri oldu. Əgər daha yaxşı qərarlar versəydi, bu gün daha çox uğur qazanardı”.

Xatırladaq ki, həmin mövsüm Alonso sonradan ardıcıl 4 dəfə çempion olmuş Red Bull komandasına da imtina etmişdi…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 404
Teqlər , , , ,
Paylaş

logo