17 Dekabr 2017, Bazar - 12:14

F.Alonso 11-ci yerə sevinir

F.Alonso 11-ci yerə sevinir

Müəllif: Rauf Hacıyev, redaktor

22:28 - 25 Noyabr, 2017

McLaren Honda komandasının sürücüsü Fernando Alonso bildirib ki, sıralanma turunda son sessiyaya qalmadığı üçün sevinir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Əbu Dabidəki sıralanma turunda 11-ci olub.

Fernando Alonso: “Yarışa istədiyim təkərlə başlayacam və buna görə sevinirəm. Son sessiyaya qalsaydıq belə, ən yaxşı halda 10-cu ola bilərdik. Buna görə də geridə qalıb təzə təkərlərlə başlamaq daha gözəldir. Təzə təkərlər bizə üstünlük qazandıra bilər. Sərbəst yürüşlərdə 7 və ya 8-ci idik, amma rəqiblərimizin sehirli mühərrik rejimləri var və sıralanma turunda bunun hesabına sürətli ola bilirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 123
Teqlər , , ,
Paylaş

logo