F.Alonso: “0.4 saniyə yavaş bolidlə qazana bilərəm”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, qalib gəlmək üçün liderdən 0.4 saniyə yavaş bolidə ehtiyacı var.

F-1.az xatırladır ki, ispaniyalı sürücü mövsümün ilk yarışı Avstraliyada 5-ci olmışdı.

Fernando Alonso: “Özümə çox güvənirəm. Hazırda liderdən 0.2-0.4 saniyə yavaş bolidə ehtiyacım var. Belə olsa, çempionluq uğrunda mübarizə apara bilərəm.

Bəzi traslarda geridə qalacağıq, bəzilərində rəqiblərimizi qabaqlayacağıq. Bəzən strategiya hesabına önə keçəcəyik. Çünki karyeram ərzində məndə olan ekstra gücü ortaya qoya biləcəm.

Əvvəlki 3 il ərzində belə etmək çətin idi. Meksikada güc qurğusu dəyişdiyi üçün startda 35 yer itirəndən sonra bolidə 0.2 saniyə qazandırmaq, manevrlər etmək çətin olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*