Əzəli rəqiblər bir-biri barədə nə düşünürlər?

Lyuis Həmilton və Sebastyan Fettel Çin yarışından sonra bir-birinin performanslarını dəyərləndiriblər və növbədə əyləncəli yarışların olacağını deyiblər.

F-1.az xatırladır ki, Sebastyan Fettel mövsümün ilk yarışı Avstraliyada, Həmilton isə ikinci yarış Çində qələbə qazanmışdı.

Lyuis Həmilton: “Sürətli sektorlarda biz daha yaxşıyıq, amma trasın yavaş hissələrində onlar daha üstündürlər. Ümumilikdə isə iki bolid də bir-birinə çox yaxındırlar. Mövsümün sonuna qədər aramızda çox əyləncəli rəqabət olmasını gözləyirəm”.

Sebastyan Fettel: “Mercedes sıralanma turunda çox güclüdür. Melburnda yarış tempində onlardan güclü idik və təkərlərdən daha yaxşı istifadə etdik. Uzun müddətdir ki, Lyuislə qələbə və podium uğrunda mübarizə aparmıram. İdmanın bu cür rəqabətlərə ehtiyacı var. Ümid edirəm ki, mövsümün sonunda biz qalib gələrik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*