Epsilon Toro Rosso-nu almağa çalışırmış?

Keçən ilə kimi İspaniyanın Epsilon Euskadi yarış komandası Formula1-ə maraq göstərmirdi: onun ən əsas layihəsi Lə Manın 24 saatlıq marafonu […]

Keçən ilə kimi İspaniyanın Epsilon Euskadi yarış komandası Formula1-ə maraq göstərmirdi: onun ən əsas layihəsi Lə Manın 24 saatlıq marafonu üçün maşın hazırlamaq idi. Hərçənd, komanda uzun illrədir ki, Renault Dünya Seriyasında çıxış edir və bu komandada Robert Kubitsa 2005-ci ildə titul qazanmışdı. Amma 2009-cu ildə Epsilon Formula1-ə gəlmək arzusunda olduğunu bildirdi və gələn mövsüm çempionatda iştirak etmək üçün ərizə verdi. Deyilənlərə görə, ispan layihəsinin rəhbərləri hətta Red Bull konserninin başçısı Diter Mateşiçlə Toro Rosso-nun alınması barədə danışıqlar da aparıblar…

Britaniyanın Pitpass saytının yaydığı xəbərə görə, Epsilon-un başçısı Xoan Villadelpart artıq potensial sərmayədarlarla danışıbmış, amma Mateşiç komandanı satmaqdan vaz keçib. Bundan sonra isə Villadelpart müstəqil komanda kimi ərizə evrmək qərarına gəlib, saytın məlumatına görə, bu fikri məhz Berni Ekklstoun onun ağlına salıb. Federasiya komandanın ərizəsinə imtina etdikdən sonra hamı təəccüblənib: Villadelpart – avtoidman dünyasında tanınmış adamdır, Mixael Şumaher ilk iki titulunu qazananda o Benetton komandasının rəhbərlərindən biri idi.

Hazırda Epsilon-un ştatında 75 adam var: komandanın məxsusi aerodunamik borusu var, bu boruda maşının təbii ölçüsünün 60%-i olan modellərin sınağını keçirmək olur. Zəmanətli maliyyə mənbəsinin olması komandaya digər namizədlərlə rəqabət aparmaq imkanın verirdi, amma məlum olduğu kimi, FİA Campos, Manor və US F1 komandalarını seçib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*