Ə.Nyui yeni diffuzor hazırlayır

Red Bull Racing komandasının texniki direktoru Ədrian Nyui yaxın uik-endə planlarını dəyişib və Şanxayda Çin Qran Prisinə qatılmayacaq: aerodinamikanın tanınmış […]

Red Bull Racing komandasının texniki direktoru Ədrian Nyui yaxın uik-endə planlarını dəyişib və Şanxayda Çin Qran Prisinə qatılmayacaq: aerodinamikanın tanınmış ustası RB5 maşınında diffuzorun dəyişdirilməsi ilə məşğul olacaq. FİA-nın Apelyasiya Məhkəməsinin ikili diffuzorların leqallığını təsdiq edən bugünkü qərarından sonra Red Bull-un konstruktoru maşının modernizəsini sürətləndirməyi qərara alıb…

Helmut Marko: “Yeni texniki element üzərində işlər artıq egdir. Məhkəmənin qərarı bü gündən qüvvəyə mindiyi üçün Ədrian Nyui Şanxaya səfərini dərhal təxirə salıb və Milton Kins zavodunda qalacaq. Hər şey plan üzrə getsə, yenilənmiş maşın Monako Qran Prisinə hazır olacaq.

Amma biz məhkəmənin qərarından razı deyilik. Bizi əsəbləşdirən odur ki, biz Çarli Uaytinqə müraicət etmişdik və xahiş etmişdik ki, məhkəmədə söhbət gedən diffuzorlarla eyni olan bizim konstruksiyamız münasibət bildirsinlər. Amma bizə demişdilər ki, bu konstruksiya leqal deyil və biz bu istiqamətdə işimizi dayandırdıq.

Mənə maraqlıdır ki, bugünkü qərar döngələrdəki sürətə necə təsir edəcək. Hesab edirəm ki, tezliklə problemlər üzə çıxacaq, çünki maşınlar artıq sürətlə gedirlər, ikili diffuzorun araxada yaratdığı hava axını isə yenə də ötmələri çətinləşdirəcək. Beləliklə, bu yeni reqlamentin kökünə ziddir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*