Ə.Nyui Williams-Renault FW16-nın sükanı arxasına oturub

Adətən konstruktorlar hazırladıqları maşınların effektliyini sürücülərin sözlərindən və ya yarışların nəticələrindən öyrənirlər, amma bu gün Qudvudda Sürət Festivalında 1994-cü ildə […]

Adətən konstruktorlar hazırladıqları maşınların effektliyini sürücülərin sözlərindən və ya yarışların nəticələrindən öyrənirlər, amma bu gün Qudvudda Sürət Festivalında 1994-cü ildə hazırladığı Williams-Renault FW16-nın sükanı arxasına oturub. Məhz bu maşında Ayrton Senna qəzaya uğramışdı, Dəvid Kulthard debüt etmişdi, Dəymon Hill isə titul uğrunda mübarizədə Mixael Şumaherə bir xal uduzmuşdu.

Red Bull-un daha bir rəsmisi, Red Bull Racing komandasının başçısı Kristian Horner 50 il əvvəl Mühəndislər Kubokunda qalib gəlmiş Cooper-Climax T51-i trasa çıxardıb.

Alan Cons çox nadir McLaren F1 yol maşınında elə ikinci dövrədə trasdan çıxıb, amam xoşbəxtlikdən maşına zərər dəyməyib, daha sonra isə 1978-ci ilin Williams-Cosworth FW07-nin sükanı arxasına oturub. Trasa onlarla tarixi maşın çıxıb, doğrudan da Qudvuddakı Sürət Festivalı yaddaqalan tədbirdir.

Qudvuda indiki sürücülər də gəlmişdilər, şouda Censon Batton və Kazuki Nakacima, Niko Rosberq və Lyuis Həmilton iştirak ediblər. Sabah Lyuis trasa tarixi McLaren-Honda MP4/4-ü çıxarmalıdır, Ayrton Senna bu maşınla ilk titulunu qazanmışdı. Amma bu gün bu maşını Bruno Senna sürərkən vibrasiya əmələ gəlib və ötürmələr qutusu sıradan çıxıb. MP4/4-ün sabah trasa çıxması hələlik məlum deyil.

Qudvuddakı sabahkı gün Frənk Uilyamsın Formula1-də qırxillik karyerasına həsr olunub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*