Ə.Nyui: “Siz qadağan olunmayan hər bir şeyi edə bilrəsiniz” (video)

Red Bull komandasının mətbuat xidməti komandanın tarixinə həsr etdiyi videoçarx yayıb. Komandanın texniki başçısı Ədrian Nyui isə rəqibləri tərəfindən onun […]

Red Bull komandasının mətbuat xidməti komandanın tarixinə həsr etdiyi videoçarx yayıb. Komandanın texniki başçısı Ədrian Nyui isə rəqibləri tərəfindən onun çoxsaylı yeniliklərinə şübhələrdən danışıb…

Ədrian Nyui: “2010-cu ildən bizim ünvanımıza söylənən şübhələr arta-arta gedir, elə təəssürat yaranmışdı ki, bizi hər bir yarışda qanunu pozmaqda günahlandıracaqlar – əlbəttə, mən bu şübhələri səfehlik hesab edirdim. Bəzi yeniliklərimiz reqlamentin son həddinə nəzərdə tutulmuşdu, amma bu hal Formula1 üçün adi bir praktikadır.

Belə bir anlayış yoxdur – “qanunun ruhu”, konkret təlimat var və biz bu təlimata əməl etməliyik, amma siz qadağan olunmayan hər bir şeyi edə bilərsiniz. Biz elə yeniliklər tapdıq ki, reqlamentin məhdudiyyətlərinə maksimum yaxınlaşdıq, amma yekunda maşın reqlamentə tam cavab verirdi və qələbələr qazanmağa imkan verirdi.”

Komandanın başçısı Kristian Horner Nyuinin işindən çox razıdır…

Kristian Horner: “Nyuinin nailiyyətləri inanılmazdır. Mən düşünürəm ki, Ədrian Formula1 tarixinin ən yaxşı konstruktorudur, mən deyərdim ki, o, hətta dahi Kolin Çəpmənin nailiyyətlərini də arxada qoyub. O həmişə irəliyə can atır, daim maşını təkmilləşdirir və rəqiblərini üstələməyə çalışır…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*