Ə.Nyui: “KERS bizim zəif yerimizdir”

Mövsümün əvvəlində əla nəticələr göstərmələrinə baxmayaraq, Red Bull komandası texniki problemlərdən tam azad ola bilməyib. Komandanın əsas baş ağrı mənbəyi […]

Mövsümün əvvəlində əla nəticələr göstərmələrinə baxmayaraq, Red Bull komandası texniki problemlərdən tam azad ola bilməyib. Komandanın əsas baş ağrı mənbəyi isə KERS-dir, artıq bir neçə aydır mühəndislər sistemin etibarlı işini təmin edə bilmirlər. Dünya çempionlarının texniki direktoru Ədrian Nyui etiraf edib ki, problemlərin əsas səbəbi sistemin potensialının düzgün qiymətləndiriliməməsidir…

Ədrian Nyui: “Bu çox mürəkkəb layihədir, ciddi tədqiqat və hazırlanma işləri tələb edir. Bizim seçdiyimiz sistemin yığılma prinsipi Renault-Marelli-nin iki il əvvəl hazırladığı sistemə əsaslanır. Amma biz müəyyən şeyləri dəyişdiyimiz üçün problemlər üzə çıxıb.

problemləri həll etmək isə elə də asan olmadı. Biz bu sahədə işlərimizi davam etdiririk. Ümid edirik ki, tezliklə problemlər arxada qalacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*