Ənstoun və Hinqemdə Renault motorları işə düşüb

Bu gün iki komandanın bazasında mühüm hadisə baş verib: 2012-ci ildə birinci dəfə Lotus və Caterham şassilərinə quraşdırılmış Renault motorları […]

Bu gün iki komandanın bazasında mühüm hadisə baş verib: 2012-ci ildə birinci dəfə Lotus və Caterham şassilərinə quraşdırılmış Renault motorları işə salınıb.

Yeni maşının hazırlanması və qurulması prosesində ən mühüm an motorun işə salınmasıdır, çünki mühəndislər bort sistemlərin işini yoxlamaq imkanı əldə edirlər, bundan başqa ümumilikdə bütün mexaniki və elektron qurğuların yerləşdirilməsini qiymətləndirirlər.

Caterham komandasının mətbuat xidmətinin verdiyi xəbərə görə, motorun işə salınması cəhdi plana əsasən yerinə yetirilib və indi komanda fevralın 7-də başlayacaq Xeres testlərinə tam hazırdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*