17 Dekabr 2018, Bazar ertəsi - 00:51

Ən böyük addımı Renault atacaq

Ən böyük addımı Renault atacaq

Müəllif: Rauf Hacıyev, redaktor

10:18 - 01 Mart, 2018

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Renault 2018-ci ildə ən böyük addım atan komanda olacaq.

F-1.az xatırladır ki, Renault mühərrikləri əvvəlki illərdə qış testlərində ciddi problemlər yaşasalar da, bu il hər şey qaydasında olub.

Toto Volff: “Force İndia? Peres və Okon arasındakı mübarizə əyləncəli olacaq. İkisi də yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər. Buna görə də yeni mövsüm ikisi üçün də çox vacibdir. Williams-ın göz oxşayan dizaynı var. Görək necə olacaqlar. Sirotkinin təcrübəsi azdır. Lakin sürəti hesabına işlər görə bilər. Stroll isə 19 yaşında komanda lideri olacaq. Ancaq ən böyük addımı Renault atacaq. Bütün resurslarından istifadə edəcəklər. Hər şeydən əsas isə Hülkenberq və Sayns kimi iki istəkli sürücüləri var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 242
Teqlər , ,
Paylaş

logo