Əfsanəvi Monte Karlo Rallisi başlayıb

Bu gün əfsanəvi Monte Karlo Rallisinə start verilib – yarış özünün bir əsrlik yubileyini qeyd edir və üçüncü dəfə ardıcıl […]

Bu gün əfsanəvi Monte Karlo Rallisinə start verilib – yarış özünün bir əsrlik yubileyini qeyd edir və üçüncü dəfə ardıcıl olaraq beynəlxalq İRC seriyasını açır. Yarışın iştirakçıları sırasında Formula1-in keçmiş sürücüsü Aleks Kaffi (1986-1991-ci illərdə Osella, Scuderia İtalia və Footwork komandalarında 56 Qran Pri keçirib) də var…

Aleks Kaffi: “Bu əladır, mən uşaq kimi xoşbəxtəm. Mən məntəqələrdə vaxta və protokollarda yerimə baxmıram, mən sadəcə maşını idarə edirəm və bu prosesdən həzz alıram!”

Qeyd etməliyik ki, Skoda Fabia S2000 maşınında çıxış edən italiyalı sürücü birinci günün yekun cədvəlində 14-cü yeri tutub və ralli üzrə ikiqat Avropa çempionu Candominiko Bassonu qabaqlayıb.

Protokollara isə İRC-nin hazırkı çempionu Yuha Xyaninen başçılıq edir, Skoda Fabia maşınında çıxış edən finlandiyalı sürücü komanda yoldaşı belçikalı Freddi Loyksu 44 saniyə və Peugeot 207-də yarışan norveçli dünya çempionu Peter Solberqi 55 saniyə qabaqlayır. Dördüncü yerdə isə Peterin komanda yoldaşı fransalı Stefan Sarrazen qərarlaşıb – Stefan 1999-cu ildə Formula1-in Minardi komandasında zədələnmiş Luka Badoyeri Braziliya Qran Prisində əvəz etmişdi.

79-cu Monte Karlo Rallisi şənbə günü başa çatacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*