Ə.Dəvidson: “Trükiyə trası sürücülərə qarşı tələbkardır”

Keçmiş Formula1 sürücüsü, hazırda Mercedes GP komandasının simulyator sürücüsü və BBC-nin radio şərhçisi Əntoni Dəvidson mövsümün dördüncü yarışını qəbul edəcək […]

Keçmiş Formula1 sürücüsü, hazırda Mercedes GP komandasının simulyator sürücüsü və BBC-nin radio şərhçisi Əntoni Dəvidson mövsümün dördüncü yarışını qəbul edəcək Türkiyə trasının xüsusiyyətlərindən danışıb…

Əntoni Dəvidson: “İstanbul Park fantsatik trasdır, çempionatın təqvimində ən maraqlı döngələri özündə cəm edən trasdır. Çox təəssüf ki, yarışlar yerli əhalini maraqlandırmır – bu Qran Prinin əla atmosferi ola bilərdi.

Sürətli səkkizinci döngədə bir neçə apeks var, amma bunların hər birinə düşmək vacibd eyil – kompromis zəruridir. Döngənin ortasında maşın yolun xarici sərhədinə yaxınlaşır – maşını trasda saxlamaq çox vacibdir, əks halda həyatınızda ən ciddi trasdan kənar səfərə yollana bilərsiniz. Burda qaz pedalı ilə çox səliqəli işləməlisiniz, vəziyyət böhran ana çatdıqda qazı buraxmırsan, onda maşın özü trasda qalacaq. Təssüf ki, bu döngənin öz adı yoxdur – o buna layiqdir!

Türkiyə trasında bir dövrə “Amerika təpələri”ni xatırladır – hündürlük dəyişir, sektorların xarakteristikası dəyişir, sürətli sahələr. Maksimuma nail olmaq üçün trası yaxşı hiss etmək, ona uyğunlaşmaq lazımdır. Final sektoru çox texnikalıdır – burda çoxları səhv edir. Ümumən demək olar ki, tras mübarizəyə üstünlük verir və sürücünün ustalığına qarşı tələbkardır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*