E.Bulye Kubitsaya baş çəkib

Türkiyə və İspaniya Qran Priləri arasındakı fasilə zamanı Lotus Renault GP komandasının başçısı Erik Bulye Robert Kubitsaya qonaq olub, polşalı […]

Türkiyə və İspaniya Qran Priləri arasındakı fasilə zamanı Lotus Renault GP komandasının başçısı Erik Bulye Robert Kubitsaya qonaq olub, polşalı sürücü ağır qəzadan sonra bərpa prosesini Monakodakı evində davam etdirir…

Erik Bulye: “Robertin bərpa prosesi uğurla davam edir, həkimlər də onun vəziyyətinin sürətlə yaxşılaşmasından təəccübləniblər. İndi hər şeyi zaman həll edir, səbirli olmaq Robertə xas olmasa da, o gözəl başa düşür ki, onun sağalmasına vaxt lazımdır.

Biz onunla maşından, son təkmilləşdirmələrdən, komandadan danışdıq, Robert R31-in konstruksiyasından, təkərlərdən və taktikadan çox bilmək istəyir. O əvvəlki kimi mühəndislərlə sıx əlaqə saxlayır, biz isə onu vacib yeniliklərdən məlumatlandırırıq. Düzdür, bu il o bizimlə deyil, amma Robert Lotus Renault GP ailəsinin üzvüdür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*