14 Dekabr 2018, Cümə - 04:46

E.Bulye: “2013-cü ildə Əllison bizimlə qalacaq”

E.Bulye: “2013-cü ildə Əllison bizimlə qalacaq”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:52 - 30 Yanvar, 2013

Lotus komandasının başçısı Erik Bulye komandanın texniki direktoru Ceyms Əllisonun yaxın zamanlarda komandanı tərk etməsi barədə gəzən şayiələri təkzib edib. […]

Lotus komandasının başçısı Erik Bulye komandanın texniki direktoru Ceyms Əllisonun yaxın zamanlarda komandanı tərk etməsi barədə gəzən şayiələri təkzib edib. Ənstounda yeni ?21-in təqdimatı zamanı Bulye Autosport-un jurnalistlərinə bildirib ki, 2013-cü ildə Əllison komandada qalcaq…

Erik Bulye: “Bu onun işidir, amma mənim bildiyimə görə, 2013-cü ildə o dəqiq bizimlə qalacaq. Bəlkə də başqa komandalar onun rəhbərlik stilini oğurlamaq istəyərdilər, Ceyms doğrudan da bizim komanda üçün çox iş görüb.

Ənstounda ona hamı etibar edir və birinci növbədə elə mən özüm – ona görə də onun komandada özünü rahat hiss etməsi üçün əlimdən gələni etmişəm. Ceyms əla koordinatordur, onun əla texniki vərdişləri və vəziyyəti ümumən görmək qabiliyyəti var. O bizim komandanın strukturunun vacib hissəsidir.”

Qeyri-rsəmi məlumata görə, Əllison Lotus-da qalmağa bir şərtlə razı olub ki, ilk üçlükdə mübarizə aparmaq üçün komanda mövsümün gedişində kifayət qədər büdcəyə təminat versin. Təqdimat mərasimində britaniyalı mütəxəssis bildirib ki, bu şərtin yerinə yetirilməsinə əmindir…

Ceyms Əllison: “Bu şərtin yerinə yetirilməməsinə səbəb görmürəm. Texniki şöbənin təsdiq olunmuş büdcəsi keçənilkindən çoxdur, çünki biz işimizin öhdəsindən gəlirik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 302
Teqlər , , ,
Paylaş

logo