17 Dekabr 2017, Bazar - 12:12

Əbu Dabi, 28-29 noyabr, Pirelli-nin təkər testləri

Əbu Dabi, 28-29 noyabr, Pirelli-nin təkər testləri

Müəllif: Elçin Zodorov, redaktor

22:53 - 29 Noyabr, 2017

Pirelli şirkəti Əbu Dabidə baş tutan ikigünlük təkər testlərinin yekun cədvəlini hazırlayıb. Cədvəldə hər bir sürücünün iki gün ərzində göstərdiyi ən yaxşı nəticə və həmin dövrənin hansı təkərlə vurulduğu qeyd edilib.

F-1.az bildirir ki, gözlənildiyi kimi, əksər sürücülər sürətli dövrələrini italyan şirkətin yeni təqdim etdiyi HyperSoft tərkiblərlər vurublar. Lakin istisnalar da var – Force İndia-nın əsas sürücüləri SuperSoft, Sirotkin və Qasli isə Soft təkərlərlə daha yaxşı nəticə göstəriblər.

Testlərdə ən maraqla gözlənilən şeylərdən biri də Kubitsanın nəticələri olub. Williams-la testlərə qoşulan polşalı sürücü Soft tərkiblərlə göstərilən nəticələrə görə Sirotkinə 1.3 saniyə uduzsa da, HyperSoft təkərlərlə ondan 0.4 saniyə sürətli olub.

Təbii ki, bu göstəricilərə görə bir nəticə çıxarmaq düzgün deyil, çünki biz trasın vəziyyətindən və sürücülərin proqramından xəbərsizik. Bununla belə, rəqəmlər müəyyən fikirlər formalaşdırır.

YerNSürücüKomandaZamanFərqTəkər
15Sebastyan FettelFerrari1:37.551HyperSoft
27Kimi RəykkönenFerrari1:37.768+ 0:00.217HyperSoft
33Daniel RikkardoRed Bull1:38.066+ 0:00.515HyperSoft
477Valtteri BottasMercedes AMG1:38.490+ 0:00.939HyperSoft
544Lyuis HəmiltonMercedes AMG1:38.550+ 0:00.999HyperSoft
533Maks FerstappenRed Bull1:38.736+ 0:01.185HyperSoft
611Serxio PeresForce İndia1:38.818+ 0:01.267SuperSoft
731Esteban OkonForce İndia1:39.148+ 0:01.597SuperSoft
88Roman QrojanHaas1:39.270+ 0:01.719HyperSoft
955Karlos SaynsRenault1:39.444+ 0:01.893HyperSoft
10Robert KubitsaWilliams1:39.485+ 0:01.934HyperSoft
1118Ləns StrollWilliams1:39.580+ 0:02.029HyperSoft
1214Fernando AlonsoMcLaren1:39.762+ 0:02.211HyperSoft
132Stoffel VandornMcLaren1:39.782+ 0:02.231HyperSoft
1427Niko HülkenberqRenault1:39.803+ 0:02.252HyperSoft
1520Kevin MaqnussenHaas1:39.810+ 0:02.259HyperSoft
1641Sergey SirotkinWilliams1:39.947+ 0:02.396Soft
1735Nikita MazepinForce İndia1:39.959+ 0:02.408HyperSoft
1837Şarl LeklerSauber1:40.666+ 0:03.115HyperSoft
1938Şon GelaelToro Rosso1:41.428+ 0:03.877HyperSoft
209Markus ErikssonSauber1:41.681+ 0:04.130HyperSoft
2128Brendon HartliToro Rosso1:43.345+ 0:05.794SuperSoft
2210Pyer QasliToro Rosso1:44.827+ 0:07.276Soft

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 57
Teqlər , ,
Paylaş

logo