18 Dekabr 2018, Çərşənbə axşamı - 23:18

Əbu Dabi-2018: İlkin hava proqnozu

Əbu Dabi-2018: İlkin hava proqnozu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:08 - 19 Noyabr, 2018

Əbu Dabi Qran Prisinə ilkin hava proqnozu həftəsonu ərzində isti hava vəd edir.

F-1.az avtodromun rəsmi saytına istinadən bildirir ki, cümə günündən bazar gününədək havanın temperaturu +27 dərəcədən +29 dərəcəyədək yüksələcək. Aydın səma altında, demək olar ki, külək əsməyəcək. İkinci məşqlər, sıralanma turu və yarış artıq günəş batdıqdan sonra başa çatdığı üçün bu sessiyaların sonunda havanın temperaturu bir qədər aşağı olacaq.

Xatırladaq ki, keçən il Əbu Dabi Qran Prisinin bütün sessiyaları quru trasda baş tutmuşdu.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 197
Teqlər , ,
Paylaş

logo