18 Dekabr 2018, Çərşənbə axşamı - 23:37

Əbu Dabi-2018: İkinci sərbəst yürüşlər

Əbu Dabi-2018: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

18:35 - 23 Noyabr, 2018

Əbu Dabidə ikinci sərbəst yürüşlər ən vacib sessiyalardan biridir, çünki sıralanma turu və yarışla eyni zamanda – günəşin qürub vaxtında start götürür. Artıq ilk dəqiqələrdən asfaltın istiliyi əvvəlki sessiya ilə müqayisədə 13 dərəcə aşağı olub.

F-1.az bildirir ki, komandalar bir neçə saat əvvəl gələn il üçün hazırlanan aerodinamik hissələri test etmişdilər, bu dəfə isə düzgün sazlanmaları tapmağa və təkərlərin səmərəliliyini yoxlamağa kökləniblər.

Bu dəfə Həmiltonun maşınının burun hissəsində yenidən 44 rəqəminin yazıldığı nəzərə çarpıb. Qrojan və Həmilton yerlərində fırlanıblar. Porebriklərin üzərinə çıxan Ferstappen boksa gələrək maşını mexaniklərə təslim edib, lakin bir qədər sonra yenidən trasa qayıdıb.

Racing Point komandası Peresi boskdan çıxarmağa tələsib və meksikalı sürücü pit-leynlə gedən Ferstappenlə toqquşmadan son anda qurtulub.

Protokollara bu dəfə Valtteri Bottas başçılıq edib – 1:37.236. Məşqlər sabah davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
177Valtteri BottasMercedes1:37.23636
233Maks FerstappenRed Bull1:37.280+ 0:00.04431
33Daniel RikkardoRed Bull1:37.428+ 0:00.19230
444Lyuis HəmiltonMercedes1:37.443+ 0:00.20734
57Kimi RəykkönenFerrari1:37.461+ 0:00.22540
65Sebastyan FettelFerrari1:37.569+ 0:00.33339
78Roman QrojanHaas1:38.060+ 0:00.82429
827Niko HülkenberqRenault1:38.230+ 0:00.99435
920Kevin MaqnussenHaas1:38.318+ 0:01.08229
1031Esteban OkonRacing Point1:38.402+ 0:01.16632
1110Pyer QasliToro Rosso1:38.506+ 0:01.27032
1255Karlos SaynsRenault1:38.511+ 0:01.27537
1314Fernando AlonsoMcLaren1:38.725+ 0:01.48935
1411Serxio PeresRacing Point1:38.806+ 0:01.57031
1516Şarl LeklerSauber1:38.831+ 0:01.59532
1628Brendon HartliToro Rosso1:38.957+ 0:01.72135
179Markus ErikssonSauber1:39.502+ 0:02.26635
182Stoffel VandornMcLaren1:39.938+ 0:02.70217
1918Ləns StrollWilliams1:40.046+ 0:02.81033
2035Sergey SirotkinWilliams1:40.935+ 0:03.69938

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 215
Teqlər , , , ,
Paylaş

logo