18 Dekabr 2018, Çərşənbə axşamı - 23:17

Əbu Dabi-2018: Birinci sərbəst yürüşlər

Əbu Dabi-2018: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

14:38 - 23 Noyabr, 2018

Bu gün səhər iki komanda heyətdə dəyişiklik edib – Williams Sirotkinin maşınını gələn il komandanın əsas sürücüsü olacağını yenicə elan etdiyi Robert Kubitsaya həvalə edib, Sauber-də isə Lekleri Antonio Covinatsi əvəzləyib.

F-1.az bildirir ki, komandalar ilk sessiyanı gələn il üçün nəzərdə tutduqları aerodinamik hissələrin yoxlanılmasına həsr ediblər. Vaxt keçdikcə, trasın vəziyyəti də yaxşılaşıb.

Lyuis Həmiltonun maşınının burun hissəsinə 1 rəqəmi həkk edilib. FİA bunun üçün dünya çempionuna xüsusi icazə verib, maşınının nömrəsi rəsmən 44 olaraq qalıb.

36-cı dəqiqədə Eriksson ilk döngənin çıxışında maşını baryerə vurub. Lakin boksa qayıda bilib.

Bottas və Ferstappen 6-cı, Alonso isə 20-ci döngədə trasdan çıxıb. Sayns 18-ci döngədə yerində fırlanıb. Qasli maşını tüstüləndiyi üçün boksa qayıtmalı olub və mexaniklər dərhah maşına müdaxilə ediblər.

Protokollara Maks Ferstappen başçılıq edib – 1:38.491. Məşqlər nahardan sonra davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
133Maks FerstappenRed Bull1:38.49126
23Daniel RikkardoRed Bull1:38.945+ 0:00.45418
377Valtteri BottasMercedes1:39.452+ 0:00.96129
444Lyuis HəmiltonMercedes1:39.543+ 0:01.05225
531Esteban OkonRacing Point1:40.102+ 0:01.61125
620Kevin MaqnussenHaas1:40.235+ 0:01.74420
77Kimi RəykkönenFerrari1:40.417+ 0:01.92624
85Sebastyan FettelFerrari1:40.453+ 0:01.96220
955Karlos SaynsRenault1:40.588+ 0:02.09721
108Roman QrojanHaas1:40.663+ 0:02.17223
1110Pyer QasliToro Rosso1:40.671+ 0:02.18017
1227Niko HülkenberqRenault1:41.023+ 0:02.53224
1311Serxio PeresRacing Point1:41.075+ 0:02.58422
1428Brendon HartliToro Rosso1:41.137+ 0:02.64626
1518Ləns StrollWilliams1:41.493+ 0:03.00221
1636Antonio CovinatsiSauber1:41.662+ 0:03.17123
179Markus ErikssonSauber1:41.928+ 0:03.43721
182Stoffel VandornMcLaren1:42.114+ 0:03.62321
1914Fernando AlonsoMcLaren1:42.313+ 0:03.82216
2040Robert KubitsaWilliams1:42.992+ 0:04.50125

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 197
Teqlər , , , ,
Paylaş

logo