Əbu Dabi-2017: Yarışa hava proqnozu

Komandalar cümə və şənbə günlərində komfortlu şəraitdə işləyiblər, bu gün də havanın yaxşı olacağı gözlənilir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, sürücülər yerli vaxtla 17:00-da qızdırma dövrəsinə yollanacaqlar. Həmin vaxt termometrlər +26 dərəcəni göstərəcəklər. Günəş 17:33-də batacaq, finişə yaxın isə temperatur +25 dərəcəyə düşəcək. Yağıntı gözlənilmir.

Xatırladaq ki, keçən il də burada yarış quru trasda baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*