16 Dekabr 2017, Şənbə - 19:00

Əbu Dabi-2017: Yarış

Əbu Dabi-2017: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

19:05 - 26 Noyabr, 2017

Mühəndislər kubokunun qalibi və sürücülər arasında dünya çempionu artıq məlum olduğundan, Əbu Dabidəki yarış yalnız bir neçə sürücünün və komandanın mövqeyinə təsir edə bilərdi. Ən prinsipial mübarizə isə Bottasla Fettel arasında olub. Mühəndislər Kubokunda isə Toro Rosso, Renault və Haas komandalarını cəmi 6 xal ayırıb.

F-1.az xatırladır ki, ilk məşqlərdə Fettel hamıdan sürətli olsa da, növbəti iki sessiyanın qalibi Həmilton olmuşdu. Sıralanma turu da Mercedes sürücülərinin üstünlüyü ilə keçmiş, Bottas trasın yeni rekordunu müəyyən edərək poula sahib olmuşdu – 1:36.231.

Startda yer itirmək cəzası ancaq Hartliyə verilmişdi, lakin o, sıralanma turunda son yeri tutduğu üçün heç bir mövqe iitirməyib. Mercedes sürücüləri ilk, Fettel və Rikkardo ikinci, Rəykkönen və Ferstappen isə üçüncü cərgədən start alıblar.

Pirelli son yarışa yumşaq üçlüyü gətirib. Aşınma az olduğundan, sürücülər yumşaq tərkiblərlə uzun məsafələr qət etmək mümkün olub. Verlyayn, Eriksson və Hartli SuperSoft, digər sürücülər isə UltraSoft təkərlərlə yarışa başlayıblar.

Start insidentsiz ötüşüb, Bottas liderliyini qoruyub. Maqnussen üçüncü döngədə yerində fırlanıb və geriyə düşüb. Massa Alonso tərəfindən keçilsə də, yerini qaytara bilib. Hülkenberq trası kəsərək üstünlük əldə edib və Peresi qabaqlayıb. Alman sürücü yerini geri verməyib və stüardlar tərəfindən 5 saniyəlik cəzalandırılıb. 2-ci dövrədə ilk onluq: Bottas – Həmilton – Fettel – Rikkardo – Rəykkönen – Ferstappen – Hülkenberq – Peres – Okon – Massa.

6-cı dövrədən etibarən Qrojan və Stroll arasında maraqlı mübarizə başlayıb. Fransız sürücü kanadalı gənc həmkarını keçib, lakin Ləns dərhal mövqeyini qaytarıb. Qrojan növbəti dövrədə yenə onu keçməyə cəhd edib, lakin buna nail ola bilməyib. Mübarizə davam edib, 12-ci dövrədə Stroll təkərlərini dəyişmək üçün pit yoluna üz tutub. 13-cü dövrədə Vandorn, növbəti dövrələrdə isə Ferstappen və Rəykkönen pit-stop ediblər. Rəykkönen trasa Ferstappenin önündə qayıdıb.

Qasli 20-ci dövrədə yerində fırlanıb və bir neçə mövqe itirib. Lakin mübarizəni davam etdirib. Rikkardo 18-ci dövrədə pit-stopa yollanıb. Onun maşınına cəzaya görə 5 saniyə gözlədikdən sonra xidmət edilib, lakin arxa sağ təkərin dəyişdirilməsində gecikmə baş verib. Rikkardo növbəti dövrədə pit yoluna gəlib, mexaniklər onun maşınındakı problemin səbəbini tapmağa çalışıblar. 21-ci dövrədə Hülkenberq Qrojanı ötüb, Fettel isə təkərlərini dəyişib.

Rikkardo hidravlik sistemlərdəki problemə görə mübarizəni yarımçıq dayandırmalı olub. 22-ci dövrədə Alonso və Bottas, növbəti dövrədə isə Massa və Maqnussen pit-stop ediblər. Həmilton yalnız 25-ci dövrədə pit-stopa yollanıb və trasa ikinci yerdə qayıdıb. Həmilton sürətini artıraraq komanda yoldaşına yaxınlaşıb, lakin Bottas aradakı məsafəni qoruyub və hücum şansı verməyib. İlk iki sektorda britaniyalı daha sürətli olsa da, üçüncü sektorda Bottas daha yaxşı nəticələr əldə edib.

32-ci dövrədə pit-stop edən Saynsın ön sol təkəri yaxşı bağlanmadığından, ispan sürücü yarışı saxlamalı olub. 34-cü dövrədə ilk onluq: Bottas – Həmilton – Fettel – Rəykkönen – Ferstappen – Hülkenberq – Peres – Okon – Alonso – Massa.

Eriksson 35-ci dövrədə tempini itirmiş Strollu keçib. Ləns yarışda üçüncü dəfə pit-stop edməli olub. 41-ci dövrədə Verlyayn Maqnusseni qabaqlayıb, lakin Kevin dərhal yerini qaytarıb.

Valtteri Bottas mövsümdə və karyerasında üçüncü qələbəsini əldə edib. Həmilton ikinci yeri tutaraq komandasının növbəti dublunu rəsmiləşdirib. Fettel isə podiumun son pilləsinə yüksəlib. Mükafatlandırma zamanı Formula1-in yeni rəsmi loqotipi təqdim olunub.

Beləliklə, Formula1-in 68-ci mövsümü başa çatıb. Qarşıda bizi milad bayramı, daha sonra isə yeni maşınların təqdimatları və qış testləri gözləyir. Gələn mövsümün başlamasına isə 119 gün qalır…

YerNSürücüKomandaZaman/FərqPit
177Valtteri BottasMercedes AMG1:34.14.0621
244Lyuis HəmiltonMercedes AMG+3.8991
35Sebastyan FettelFerrari+19.3301
47Kimi RəykkönenFerrari+45.3861
533Maks FerstappenRed Bull+46.2691
627Niko HülkenberqRenault+85.7131
711Serxio PeresForce İndia+92.0621
831Esteban OkonForce İndia+98.9111
914Fernando AlonsoMcLaren+1 dövrə1
1019Felipe MassaWilliams+1 dövrə1
118Roman QrojanHaas+1 dövrə1
122Stoffel VandornMcLaren+1 dövrə1
1320Kevin MaqnussenHaas+1 dövrə1
1494Paskal VerlyaynSauber+1 dövrə1
1527Brendon HartliToro Rosso+1 dövrə1
1610Pyer QasliToro Rosso+1 dövrə1
179Markus ErikssonSauber+1 dövrə1
188Ləns StrollWilliams+1 dövrə3

 

Sürətli dövrə: Valtteri Bottas (Mercedes AMG) – 1:40.650 (52-ci dövrə, 198.652 km/saat).

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Karlos SaynsRenault32təkərin bağlanmaması
Daniel RikkardoRed Bull21qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
144Lyuis HəmiltonMercedes AMG Petronas F1 Team363
25Sebastyan FettelScuderia Ferrari317
377Valtteri BottasMercedes AMG Petronas F1 Team305
47Kimi RəykkönenScuderia Ferrari205
53Daniel RikkardoRed Bull Racing200
633Maks FerstappenRed Bull Racing168
711Serxio PeresSahara Force India F1 Team100
831Esteban OkonSahara Force India F1 Team87
955Karlos SaynsRenault Sport Formula 1 Team54
1027Niko HülkenberqRenault Sport Formula 1 Team43
1119Felipe MassaWilliams Martini Racing43
1218Ləns StrollWilliams Martini Racing40
138Roman QrojanHaas F1 Team28
1420Kevin MaqnussenHaas F1 Team19
1514Fernando AlonsoMcLaren Honda Formula 1 Team17
162Stoffel VandornMcLaren Honda Formula 1 Team13
1730Colion PalmerRenault Sport Formula 1 Team8
1894Paskal VerlyaynSauber F1 Team5
1926Daniil KvyatScuderia Toro Rosso5

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG Petronas F1 TeamMercedes668
2Scuderia FerrariFerrari522
3Red Bull RacingTAG Heuer368
4Sahara Force İndia F1 TeamMercedes187
5Williams Martini RacingMercedes83
6Renault Sport Formula 1 TeamRenault57
7Scuderia Toro RossoRenault53
8Haas F1 TeamFerrari47
9McLaren Honda Formula 1 TeamHonda30
10Sauber F1 TeamFerrari5

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 166
Teqlər , , , ,
Paylaş

logo