Əbu Dabi-2017: Mətbuat konfranslarının cədvəli

Mövsümün son yarışı olan Əbu Dabi Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Lyuis Həmilton (Mercedes AMG), Daniel Rikkardo (Red Bull) və Sebastyan Fettel (Ferrari) jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Fernando Alonso (McLaren), Valtteri Bottas (Mercedes AMG) və Maks Ferstappen (Red Bull) mətbuat işçilərinin qarşısında oturacaqlar.

Cümə günü də iki mətbuat konfransı baş tutacaq və sürücüləri komandaların məsul işçiləri əvəz edəcəklər – əvvəlcə Mauritsio Arrivabene (Ferrari), Kristian Horner (Red Bull) və Toto Volff (Mercedes AMG), daha sonra isə Siril Abitebul (Renault), Zek Braun (McLaren) və Mario İzola (Pirelli) mətbuat mərkəzinə gələcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*