11 Dekabr 2017, Bazar ertəsi - 09:59

Əbu Dabi-2016: Sıralanma Turu

Əbu Dabi-2016: Sıralanma Turu

Müəllif: Elçin Zodorov, redaktor

18:12 - 26 Noyabr, 2016

Sıralanma turu Əbu Dabidə həftəsonunun ən həlledici sessiyasıdır. Bu trasda iki uzun DRS zonasının olmasına baxmayaraq, ötmək çox çətindir. Mövsümün son sıralanma turunda sürücülərin şəxsi hesabında bir neçə mövqe uğrunda, o cümlədən çempion titulu uğrunda, prinsipial mübarizə getdiyi üçün start mövqeyindən çox şey asılı olub.

F-1.az xatırladır ki, cümə günü hər iki məşqlərdə protokollara Həmilton, şənbə günü isə Fettel başçılıq etmişdi. Bəzi sürücülər problemlərlə qarşılaşdıqlarından, istədikləri qədər işləyə bilməmişdilər. Toro Rosso sürücüləri olduqca əhəmiyyətli olan məşqlərin ikinci sessiyasını buraxmalı olmuşdular.

Pirelli Yas Marinaya ən yumşaq tərkibləri –  Soft, SuperSoft və UltraSoft təkərləri gətirib.

Birinci sessiyada Bottas və Massa istisna olmaqla, bütün sürücülər ilk cəhdlərində trasa UltraSoft təkərlərlə çıxıblar. Williams sürücüləri isə SuperSoft təkərdən istifadə ediblər. Həmiltonun nəticəsi 1:39.497 olub və Rosberqi bir saniyədən də çox üstələyib. Massa da ikinci cəhdində UltraSoft təkərlərə keçib, lakin heç bir sürücü Həmiltonun nəticəsinə 0.8 saniyədən çox yaxınlaşa bilməyib.

Günəş qürub etdikcə tras da soyuyub. İkinci sessiya yerli vaxtla 17:25-də başlayıb. Günəş isə 17:33-də batıb.

İkinci sessiyaya Red Bull sürücüləri SuperSoft təkərlərlə çıxaraq nəticə göstəriblər. Onlar yarış üçün fərqli strategiya seçiblər – ilk onluqdakı rəqiblərinə nisbətən daha sərt tərkiblərlə start alacaqlar. İkinci cəhdlərində UltraSoft təkərlərdən istifadə edən Daniel və Maks sürətli dövrə vurmayıblar, çünki onların ilk nəticələri üçüncü sessiyaya keçməyə kifayət edib.

Həmilton bu dəfə də sessiyanın ən sürətlisi olub – 1:39.382. Rosberq ona 0.108 saniyə uduzub. Bottas, Batton, Qutyerres, Qrojan, Palmer və Verlyayn mübarizəni dayandırıblar.

Son sessiyaya əla başlayan Lyuis ilk cəhdindəcə olduqca sürətli dövrə vurub – 1.39.013. Rosberqin dövrəsi isə ondan 0.3 saniyə yavaş olub. İkinci cəhdində isə Həmilton 99 saniyədən çıxan yeganə sürücü olub. 1:38.755-lik nəticə göstərən britaniyalı çempionluq yarışındakı əsas rəqibi Niko Rosberqi 0.303 saniyə qabaqlayıb – Niko ikinci cəhddə nəticəsini yaxşılaşdırsa da, poul üçün kifayət etməyib. Rikkardo üçüncülük uğrunda mübarizədə Rəykköneni üstələyib. Maks isə Fetteldən də geri qalaraq altıncı olub.

Lyuis Həmilton Yas Marinada 3-cü, cari mövsümdə 12-ci, karyerasında 61-ci poulunu qazanıb. Təsnifat mərhələsində komanda yoldaşını 12:9 hesabı ilə üstələyib. Mercedes AMG sürücüləri yarışa ilk cərgədən başlayacaqlar. Onların arxasında isə Rikkardo və Rəykkönen start alacaq.

Sabah bizi olduqca gərgin və həyəcanlı yarış gözləyir. Çempionatda 12 xal irəlidə olan Niko podiuma yüksələcəyi təqdirdə, ilk dəfə titula sahib olacaq. Lyuis isə çempion olmaq üçün Nikonu yarışda ən azı 12 xal qabaqlamalıdır. Sabahkı yarış Formula1-in 67-ci mövsümünün çempionunu müəyyən edəcək…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG11:39.487311:39.38231:38.7556
26Niko RosberqMercedes AMG51:40.511321:39.49031:39.0586
33Daniel RikkardoRed Bull81:41.002561:40.42961:39.5896
47Kimi RəykkönenFerrari21:40.338531:39.62931:39.6046
55Sebastyan FettelFerrari31:40.341551:40.03431:39.6616
633Maks FerstappenRed Bull41:40.424341:39.90351:39.8185
727Niko HülkenberqForce İndia71:41.000371:40.70931:40.5016
811Serxio PeresForce İndia61:40.864381:40.74331:40.5196
914Fernando AlonsoMcLaren131:41.6165101:41.04461:41.1066
1019Felipe MassaWilliams91:41.157691:40.85861:41.2133
1177Valtteri BottasWilliams111:41.1923111:41.0846
1222Censon BattonMcLaren101:41.1588121:41.2726
1321Esteban QutyerresHaas141:41.63910131:41.4806
148Roman QrojanHaas121:41.4679141:41.5646
1530Colion PalmerRenault151:41.7758151:41.8206
1694Paskal VerlyaynManor161:41.8868161:41.9956
1726Daniil KvyatToro Rosso171:42.0039
1820Kevin MaqnussenRenault181:42.1426
1912Felipe NasrSauber191:42.2478
2031Esteban OkonManor201:42.2868
2155Karlos SaynsToro Rosso211:42.3939
229Markus ErikssonSauber221:42.6378

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 690
Teqlər , , , , ,
Paylaş

logo