23 Oktyabr 2017, Bazar ertəsi - 09:58

Əbu Dabi-2016: İkinci sərbəst yürüşlər

Əbu Dabi-2016: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

18:41 - 25 Noyabr, 2016

Yas Marinada məşqlərin ikinci sessiyası olduqca əhəmiyyətlidir – yalnız bu sessiya sıralanma turu və yarış kimi axşam saatlarında keçirilir.

F-1.az bildirir ki, sessiyanın əvvəlindən tras süni işıqlandırılıb. Startdan yarım saat sonra günəş batıb, yalnız güclənən külək komandaların işinə mane olub. Komandalar optimal sazlanmaları tapmaq üçün işləyiblər. Sürücülər müxtəlif yanacaq yükləri ilə trasda ardıcıl dövrələr vurublar və təkərlərin aşınmasını qiymətləndiriblər.

İlk sessiyada olduğu kimi, yenə startdan 20 dəqiqə sonra Kvyatın maşınının arxa sol təkəri deşilib. Lakin rus sürücü bu dəfə maşını boksa çatdıra bilib. Pirelli bildirmişdi ki, səhər təkərin partlaması onlardan asılı olmayan səbəbdən baş verib. Lakin bu ikinci sessiyada da təkrarlanıb. Nəticədə Kvyat hər iki sessiyada işləyə bilməyib. Komanda Saynsı da trasa buraxmayıb ki, problemin səbəblərini müəyyən etsin – bunun üçün FİA-nın texniki nümayəndəsi Co Bauer Toro Rosso-nun boksuna baş çəkib.

Roman Qrojan da birinci sessiyada olduğu kimi, yenə də texniki nasazlığa görə məşqlərə davam edə bilməyib. Nahardan əvvəl onun məşqlərinə əyləc problemi mane olmuşdusa, bu dəfə asılqanlar və soyutma ssitemi fransalı sürücüyə mane olub. Fettel isə sessiyanın sonuna 10 dəqiqə qalmış ötürmələr qutusundakı problemə görə maşını dayandırmalı olub.

Protokollara isə yenə də Lyuis Həmilton başçılıq edib, britaniyalı sürücü titul uğrundan əsas rəqibini cüzi üstələyə bilib. Məşqlər sabah gündüz davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:40.86135
26Niko RosberqMercedes AMG1:40.940+ 0:00.07937
35Sebastyan FettelFerrari1:41.130+ 0:00.26931
433Maks FerstappenRed Bull1:41.389+ 0:00.52824
53Daniel RikkardoRed Bull1:41.390+ 0:00.52932
67Kimi RəykkönenFerrari1:41.464+ 0:00.60334
777Valtteri BottasWilliams1:41.959+ 0:01.09835
811Serxio PeresForce İndia1:42.041+ 0:01.18035
927Niko HülkenberqForce İndia1:42.264+ 0:01.40336
1019Felipe MassaWilliams1:42.268+ 0:01.40735
1114Fernando AlonsoMcLaren1:42.366+ 0:01.50532
1222Censon BattonMcLaren1:42.823+ 0:01.96223
1321Esteban QutyerresHaas1:43.012+ 0:02.15135
148Roman QrojanHaas1:43.108+ 0:02.24717
1530Colion PalmerRenault1:43.272+ 0:02.41132
1631Esteban OkonManor1:43.600+ 0:02.73934
1794Paskal VerlyaynManor1:43.754+ 0:02.89332
1812Felipe NasrSauber1:43.903+ 0:03.04235
199Markus ErikssonSauber1:44.045+ 0:03.18433
2020Kevin MaqnussenRenault1:44.117+ 0:03.25625
2155Karlos SaynsToro Rosso1:44.478+ 0:03.6175
2226Daniil KvyatToro Rosso1:45.948+ 0:05.0874

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 773
Teqlər , , , , ,
Paylaş

logo