18 Oktyabr 2017, Çərşənbə - 00:28

Əbu Dabi-2016: Birinci sərbəst yürüşlər

Əbu Dabi-2016: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

14:45 - 25 Noyabr, 2016

Yas Marinada ilk məşqlər sazlanmalar üzərində işləmək üçün çox da faydalı deyil. Çünki ilk sessiya gündüz saatlarında keçirilir, sıralanma və yarışın çox hissəsi isə günəşin batmasından sonraya düşür. Ona görə də komandalar ənənəvi olaraq, prespektiv qərarların qiymətləndirilməsinə diqqət yetiriblər – gələn il üçün hazırlanmış bəzi elementlər yoxlanılıb.

F-1.az xəbər verir ki, iki komanda əvvəlcədən də bildirildiyi kimi, gənc sürücülərin köməyindən istifadə edib. Manor-un sükanı arxasına Cordan Kinq keçib – o, Esteban Okonu əvəzləyib. Force İndia isə Niko Hülkenberqin maşınını Alfonso Selişə tapşırıb. Kvyat və Fettel Halo sistemi ilə trasa çıxıblar. Kvyat bir dövrə sonra boksa qayıtsa da, Ferrari sürücüsü qoruyucu sistemin olduğu maşınla 11 dövrə vurub.

Üç sürücü sessiyanı vaxtından əvvəl başa vurmalı olub. Startdan iyirmi dəqiqə sonra Daniil Kvyat arxa sol təkərin deşilməsinə görə maşını səkkinci döngədə saxlamalı olub. Maşın sessiyanın gedişində boksa gətirilsə də, rus sürücü trasa qayıtmayıb. Roman Qrojan əyləclərdəki, Censon Batton isə ERS sistemindəki problemə görə sessiyanı yarımçıq saxlayıb.

Kevin Maqnussenin mexanikləri soyutma sistemində maye sızıntısı olan maşının üzərində işləyiblər və danimarkalı sürücü sessiyanın sonunda trasa qayıdıb. Bir çox sürücü sızıntı olan yerdə idarəetməni itirib.

Protokollara Lyuis Həmilton başçılıq edib – 1:42.869. O, komanda yoldaşını 0.374 saniyə qabaqlayıb. Nahardan sonra məşqlər davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:42.86927
26Niko RosberqMercedes AMG1:43.243+ 0:00.37431
333Maks FerstappenRed Bull1:43.297+ 0:00.42826
43Daniel RikkardoRed Bull1:43.362+ 0:00.49327
55Sebastyan FettelFerrari1:44.005+ 0:01.13627
611Serxio PeresForce İndia1:44.155+ 0:01.28623
77Kimi RəykkönenFerrari1:44.556+ 0:01.68726
855Karlos SaynsToro Rosso1:44.685+ 0:01.81621
919Felipe MassaWilliams1:45.039+ 0:02.17027
109Markus ErikssonSauber1:45.168+ 0:02.29920
1134Alfonso SelişForce İndia1:45.476+ 0:02.60726
128Roman QrojanHaas1:45.600+ 0:02.73113
1312Felipe NasrSauber1:45.778+ 0:02.90917
1421Esteban QutyerresHaas1:45.925+ 0:03.05620
1577Valtteri BottasWilliams1:45.940+ 0:03.07131
1630Colion PalmerRenault1:46.219+ 0:03.35032
1720Kevin MaqnussenRenault1:46.372+ 0:03.50321
1814Fernando AlonsoMcLaren1:46.379+ 0:03.51021
1994Paskal VerlyaynManor1:46.458+ 0:03.58929
2022Censon BattonMcLaren1:47.127+ 0:04.25810
2142Cordan KinqManor1:47.558+ 0:04.68927
2226Daniel KvyatToro Rosso2:01.989+ 0:19.1204

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 846
Teqlər , , , , ,
Paylaş

logo