E.Qutyerres komandasının dəstəyinə və anlayışına təəccüblənir

Meksikalı sürücü sıralanma turlarında Roman Qrojanla eyni nəticələri göstərsə də, bu mövsüm arxada qoyduğu 17 yarışda xal qazana bilməyib. Beş yarışda isə onu xal zonasından cəmi bir pillə ayırıb.

F-1.az xatırladır ki, onun xal almasına bir neçə dəfə texniki problemlər də mane olub.

Esteban Qutyerres: “Komandamın dəstəyi məni çox təəccübləndirir. Bu, yaxşı şeydir. Çox çalışdıqda və insanların bunu gördüyünü hiss etdikdə daha artığını etməyə çalışırsan. İndiyə qədər əldə etdiyim nəticələr onlar üçün xoş deyil, çünki daha yaxşı yerlər tutmağımı istəyirlər. Amma buna baxmayaraq, arxamdadırlar. Bu insanlar böyük qərarlar verən vacib insanlardır.”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*