E.Qutyerres: “İnsanlar hər şeyi tez unudurlar”

Esteban Qutyerres Formula1-dən əvvəlki uğurlarının tez unudulduğunu deyib və əlavə edib ki, insanların yaddaşı çox zəifdir.

F-1.az xatırladır ki, meksikalı sürücü 2010-cu ildə GP3 üzrə Dünya Çempionu titulunu qazanmış və 2012-ci ildə GP2-də üçüncü yeri tutmuşdu. Meksikalı sürücü Formula1 karyerası ərzində Sauber və Haas komandalarının tərkibində 59 yarışa çıxmış və sadəcə 1 yarışdan xalla ayrılmışdı.

Esteban Qutyerres: “Çox böyük mübarizədir, çünki ən çətin illərim Formula1-də keçdi. Bir neçə yarış və podium qazandım, amma dünyanın yaddaşı çox zəifdir. İnsanlar ancaq mənim Formula1-dəki performansımı xatırlayırlar.

Eyni şeyləri yenidən edə bilərəm. Heç kimdə günah axtarmıram və bütün məsuliyyəti öz üzərimə götürürəm. Karyeram belə alındı və bu vəziyyətdən dərs çıxarmaq lazımdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*