E.Qutyerres: “Haas ədalətli davranmadı”

Esteban Qutyerres bildirib ki, Haas-ın onunla müqavilə uzatmaması ədalətli qərar deyil.

F-1.az xatırladır ki, Haas komandası meksikalının əvəzinə Maqnusseni transfer edib.

Amma bu il xal ala bilməyən Qutyerres bildirib ki, əksər hallarda səhv edən o olmayıb: “Haas-ın qərarını başa düşmürəm. Yaxşı perdormans göstərsəm də, məndən asılı olmayan hallar var idi. Amma bu, komandanın qərarıdır və hörmət edirəm. Ancaq mövsümün əvvəlində vəziyyət mənim üçün əlverişli deyildi. Buna görə də, ədalətli qərar vermədilər. Mexaniki problemlər yaşadım. Nəticədə yeni komandadır və səhvləri çox idi. Təbii ki, mənim də səhvlərim oldu, amma komanda daha çox səhv etdi. Doğru dəyərləndirmə etmədilər. Hörmət etsəm də, onlarla eyni fikirdə deyiləm”.

Qutyerresin gələn il üçün yeganə seçimi Manor komandası görünsə də, meksikalı Sauber ilə danışıqlar apardığını deyib: “Əsas hədəfim Formula1-də qalmaqdır, amma gələcəyimi məntiqlə qurmalıyam. Sadəcə bolid sürmək üçün qalmaq istəmirəm. Təbii ki, bir neçə seçimim var və sürmək istəyirəm. Gələn il yarışmağım çox vacibdir. Amma 70 faiz ehtimalla gələn il yarışacam”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*