17 Dekabr 2017, Bazar - 11:47

E.Qutyerres: “Gələcəyimlə bağlı qərar iki həftə ərzində veriləcək”

E.Qutyerres: “Gələcəyimlə bağlı qərar iki həftə ərzində veriləcək”

Müəllif: Rauf Hacıyev, redaktor

20:59 - 27 Oktyabr, 2016

Haas komandasının sürücüsü Esteban Qutyerres bildirib ki, 2017-ci ildə hansı komandada olacağı iki həftə ərzində dəqiqləşəcək.

F-1.az xatırladır ki, Qutyerres 2014-cü ilin sonunda Sauber-dən ayrılaraq, Ferrari komandasına ehtiyat sürücü kimi transfer olunmuşdu. Meksikalı birillik fasilədən sonra Haas komandası ilı Formula1-ə qayıtsa da, xal üzünə həsrətdir.

Roman Qrojanın Haas komandasındakı yeri təmin olunub, amma komandanın rəhbərləri Cin Haas və Günter Ştayner Qutyerres üçün qərar verməyə tələsmirlər.

Qutyerres isə bildirib ki, yaxın günlərdə gələcəyi barədə qərar veriləcək: “Haas media qarşısında açıq danışır. Onlar bir neçə yarış gözləmək istəyirlər. İndi bəzi planlar üzərində fikirləşirik və bir neçə yarış gözləməliyik. Buna görə də, bəzi şeyləri tezliklə açıqlamaq lazımdır. İki həftə ərzində gələcəyim barədə qərar verilməlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 186
Teqlər , , , ,
Paylaş

logo