E.Qutyerres: “Formula1-də qalmaq istəyirəm”

Haas komandasından ayrılan Esteban Qutyerres bildirib ki, gələn il üçün özünə komanda axtarır və Formula1-dən uzaqlaşmaq istəmir.

F-1.az xatırladır ki, Haas komandası Qutyerresi göndərərək, onun yerinə Kevin Maqnusseni transfer edib. Hazırda Sauber və Manor komandalarında boş yer var və meksikalının özünə komanda tapması müəmmalı görünür.

Esteban Qutyerres: “Məqsədim Formula1-də çıxışımı davam etdirməkdir. Hər cür təklifə açığam. Hazırda açıqlaya biləcəyim yenilik olmayıb. Ümid edirəm ki, qısa müddət ərzində özümə komanda tapıb, idmanda qalaram. Bunun üçün gecə-gündüz çalışacam. Əbu Dabidə gözəl performans göstərib, mövsümü major notlarla bitirmək istəyirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*