23 Sentyabr 2018, Bazar - 04:43

E.Okon: “Səhv qərara görə geridə qaldım”

E.Okon: “Səhv qərara görə geridə qaldım”

Müəllif: Rauf Hacıyev, redaktor

08:14 - 10 Aprel, 2017

Çin yarışında 10-cu yeri tutaraq bu mövsüm ikinci yarışdan da xalla ayrılan Esteban Okon daha yaxşı nəticə göstərə biləcəyini deyib.

F-1.az xatırladır ki, fransalı sürücü yarışa 18-ci yerdən başlasa da, doğru strategiya və qüsursuz performansla finişə 10-cu yerdə çatıb.

Okon qeyd edib ki, ikinci dövrədə pitə girməklə daha yaxşı nəticədən olub: “Yarışa gerilərdən başlayıb 10-cu yeri tutmaq gözəl hissdir. Yarışda sürətim yaxşı idi və gözəl strategiya seçərək zərəri minimuma endirə bildik. İkinci dövrədə hamı pitə girərkən komanda ilə aramızda anlaşılmazlıq yarandı və boş yerə pitə girməli oldum. O olmasaydı, yarışı 1-2 pillə yuxarıda bitirə bilərdim. Gələn həftə Bəhreynə gedirik. Mövsümün ilk iki yarışından fərqli olaraq o trası daha yaxşı tanıyıram və uğurlu nəticə alacağıma inanıram. Aşağı seriyalarda Bəhreyndə yaxşı xatirələrim var. Ümid edirəm ki, bu gözəl xatirələrə birini də əlavə edərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 689
Teqlər , , ,
Paylaş

logo