E.Okon: “Rəykkönen Ferrari-də yarışmağa layiq deyil”

Force İndia komandasının sürücüsü Esteban Okon yarışın birinci qəzasında etdiyi qəzaya görə Kimi Rəykköneni günahkar sayır.

F-1.az xatırladır ki, fransalı sürücü yarışın birinci dövrəsində təcrübəli Kimi Rəykkönenlə təmas yaşayaraq mübarizəni dayandırmalı olub.

Esteban Okon: “Sözün açığı yaxşı start aldım və ikinci döngədə onu qabaqladım. Düzlükdə ondan öndə idim və o tamamilə arxamda idi. Nə etdiyini bilmirəm. Əyləcləri buraxdı və mənə çırpıldı. Gözəl başladığımız həftəsonunda vacib fürsəti əldən verdik. Məncə, Peresin çox xalması komanda üçün yaxşı oldu.

Kimiyə nə sözüm var? O danışmır. Ferrari-də olsa da, lazımi formada deyil. Şənbə və bazar günləri iki böyük səhv etdi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*