E.Okon: “Qəza həftəsonumu məhvetdi”

Force İndia komandasının sürücüsü Esteban Okon Monakoda sıralanma turunda 16-cı yeri tutduqdan sonra məyus olduğunu deyib.

F-1.az xatırladır ki, fransalı sürücü ev trası sayılan Monakoda üçüncü sırbəst yürüşlərdə qəza edib və komandası çox işləsə də, bolidi sıralanma turuna yaxşı hazırlaya bilməyib.

Esteban Okon: “Sözün açığı, məyusam. Çünki burada tempimiz yaxşı idi. Sıralanma turundan əvvəl qəza edəndə nəticəsi belə olur. Yenə də komandama təşəkkür edirəm. Qəzadan sonra bolidi qısa müddət ərzində hazırlaya bildilər. Düzdür, qəzadan sonra əvvəlki kimi özümü rahat hiss etmədim. Yarışa qədər bəzi dəyişikliklər edərək, xal almağa çalışacam. Monakoda hər şey mümkündür. Təhlükəsizlik avtomobili çıxa bilər və bundan istifadə etmək istəyirik. Önümüzdə uzun bir yarış var və görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*