23 Oktyabr 2017, Bazar ertəsi - 14:01

E.Okon: “Podiuma yüksəlmək istəyirəm”

E.Okon: “Podiuma yüksəlmək istəyirəm”

Müəllif: Rauf Hacıyev, redaktor

00:02 - 01 Oktyabr, 2017

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, Malayziyada karyerasının ilk podiumunu qazanmaq istəyir.

F-1.az xatırladır ki, fransalı sürücü sıralanma turunda 6-cı yeri tutub.

Esteban Okon: “Bu gün var gücümüzlə buradayıq. Bolidin performansını həftəsonu ərzində əks etdirə bildik. Bolidimiz güclüdür və layiq olduğumuz yerdəyik. Sinqapurda problemlərlə boğuşurduq və buraya gəlməmişdən əvvəl hər şeyi təhlil etdik. İndi isə bolid yaxşı işləyir. Bu gözəl hissdir. Sıralanma turuna qədər sazlanmaları təkmilləşdirməyə çalışdıq. Həmişə inkişaf etdik.

Sabah yaxşı start alıb ilk və ikinci döngələri yaxşı keçməliyik. Daha sonra yaxşı performans göstərməliyik. Təbii ki, podiuma yüksəlmək istəyərəm, amma görək nə olur. Bu mümkün olmasa, çoxlu xal qazanmağa çalışacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 128
Teqlər , , ,
Paylaş

logo