E.Okon Peresi təəccübləndirib

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, Estebon Okonun performansına təəccüblənib.

F-1.az xatırladır ki, fransalı sürücü bu mövsüm bütün yarışları bitirə bilib və əksər yarışlarda təcrübəli Pereslə baş-başa mübarizə apara bilib.

Serxio Peres: “Estebanın çox istedadlı sürücü olduğunu bilirdim, amma ilk mövsümündə bu qədər uğurlu olmasını gözləmirdim. Tras bolid üçün əlverişli olmasa da, sürətli ola bilir. Sözün açığı, bu sahədə ondan çox şey öyrəndim. Son yarışlarda sıralanma turu performansını da artırıb və bu mənim üçün yaxşı xəbərdir. Beləliklə, mən də özümü təkmilləşdirirəm. Formula1-də əsas müqayisə komanda yoldaşınızla olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*