E.Okon: “Peres dostum deyil”

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, Serxio Peres ilə aralarındakı problemləri həll etsələr də, dost deyillər.

F-1.az xatırladır ki, iki sürücü keçən il bir neçə yarışda təmas yaşamış və bunun nəticəsində Force İndia komandası onlara bir-birilə yarışmağı qadağan etmişdi.

Esteban Okon: “Barselonada çətin test dövründən keçdik. Heyif ki, keçənilki kimi qüvvətli deyilik. Komanda olaraq birgə işləyib problemləri həll etməliyik. Ən qısa müddət ərzində rəqabətədavamlı olacağıq. Sercio ilə dost olmasam da, birgə işləməliyik. Bir-birimizə hörmət etsək, hər şey yaxşı olacaq. Hamı həyəcanla yeni mövsümü gözləyir. Ümid edirəm ki, ən sürətli 4-cü komanda olarıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*