23 Sentyabr 2018, Bazar - 04:40

E.Okon onuncu olmaqdan bezib?

E.Okon onuncu olmaqdan bezib?

Müəllif: Rauf Hacıyev, redaktor

18:13 - 27 Aprel, 2017

Mövsümün hər 3 yarışında 10-cu yeri tutaraq stabil başlanğıc edən Force İndia komandasının sürücüsü Esteban Okon bu nəticələrdən narazıdır.

F-1.az xatırladır ki, fransalı sürücü hazırda komanda yoldaşı Peresdən 11 xal geridə qalır.

Esteban Okon: “Mövsümə başlamağımdan razıyam. İlk 3 yarışın hamısından xal aldım. Amma digər tərəfdən daha yaxşı nəticələr ala bilmədiyim üçün məyusam. Həmişə onuncu oluram, lakin bolidin daha böyük potensialı olduğunu bilirəm. Bəxtim gətirsəydi, Çin və Bəhreyndə daha yaxşı nəticə ala bilərdim. Xal almaq gözəl olsa da, daha artığını istəyirəm. Soçi trası Bəhreynə bənzəyir. Uzun düzlükləri və sürətli döngələri var. Burada GP3-də çıxış etdiyim vaxtlar yarışdığım üçün çətinlik çəkməyəcəm. Orta qrupdakı mübarizə çox yaxındır. Buna görə də sürətlə inkişaf edən komandalar ön plana çıxacaqlar. Biz də bunun üçün əlimizdən gələni edirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 042
Teqlər , , ,
Paylaş

logo