15 Dekabr 2018, Şənbə - 03:58

E.Okon ölüm təhdidləri alıb

E.Okon ölüm təhdidləri alıb

Müəllif: Rauf Hacıyev, redaktor

14:11 - 27 Oktyabr, 2017

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, Bakıda komanda yoldaşı Serxio Pereslə təmas etdikdən sonra çox sayda hədə-qorxu mesajları alıb.

F-1.az xatırladır ki, iki komanda yoldaşı Bakıda təmas yaşamış və Peres mübarizəni vaxtından əvvəl dayandırmışdı. Belçika yarışında da iki sürücü arasında təmas yaşandıqdan sonra komanda onların yarışmasını yasaqlamışdı.

Esteban Okon: “Sözün açığı sosial şəbəkələrdə aldığım təhdidlərdən sonra Meksikada sərt qarşılama gözləyirdim. Amma əvvəldən çox istiqanlı münasibət gördüm. Görək sonra necə olur. Sonuncu dəfə dünən ölüm təhdidi almışdım. Twitter-dən kənarda insanlar məni çox yaxşı qarşıladı. Onlar təkcə Çekonu yox, komandanı da dəstəkləyirlər. Belə mesajlar almaq yaxşı deyil, lakin hələki problem yoxdur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 032
Teqlər , , , ,
Paylaş

logo