26 Sentyabr 2018, Çərşənbə - 06:53

E.Okon: “Nəticə ilə fəxr edirəm”

E.Okon: “Nəticə ilə fəxr edirəm”

Müəllif: Rauf Hacıyev, redaktor

19:19 - 25 Avqust, 2018

Force İndia komandasının sürücüsü Esteban Okon 3-cü yerin sadəcə möhtəşəm olduğunu deyib.

F-1.az xatıraldır ki, fransalı sürücü Belçika Qran Prisinin sıralanma turunda 3-cü olub.

Esteban Okon: Bu, əla nəticədir. Komandanın çətin dövrlərindən sonra bu üçüncülüklə fəxr edirəm. Yaxşı başlanğıc etdik və gözlənilməz nəticədən razıyam. Uşaqlar əla iş gördülər. Yaxşı yerdə olduğum üçün həyəcanlıyam. Təmiz bir dövrə vuraraq 3-cü oldum. Yarışda çox əylənəcəm. Hamımız çətin günlərdən keçdiyimizi bilirik. İndi isə kabusdan oyandıq və üçüncüyük. Hər şey geridə qaldı. Hər şeyə yenidən başlayırıq və nəticə bizi xoşbəxt edir. Bu uğur gözlənilməz idi. Uşaqlar təkərləri tez dəyişərək əla iş gördülər. Trasa çıxdım və təmiz bir dövrə vurdum. Yarış üçün səbirsizlənirəm.

Yağışlı havalarda yaxşı fürsətiniz olur. Belə şəraitdə bolidlər də bir-birilərinə yaxın olurlar. Bu gün bolidimizin potensialından tam istifadə edə bildik. Keçən il yağışlı Montsada da 3-cü olmuşdum. Quru havada da güclüyük. Sabah yaxşı nəticə almağa çalışacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 103
Teqlər , , ,
Paylaş

logo