22 Oktyabr 2017, Bazar - 01:29

E.Okon komanda yoldaşından fərqli düşünür

E.Okon komanda yoldaşından fərqli düşünür

Müəllif: Rauf Hacıyev, redaktor

21:20 - 29 Aprel, 2017

Rusiya Qran Prisinin sıralanma turunda 10-cu yeri tutan Esteban Okon komanda yoldaşı Serxio Peresdən fərqli olaraq nəticədən razıdır.

F-1.az xatırladır ki, fransalı sürücü Soçidə sıralanma turunda karyerasında ilk dəfə son sessiyaya qalıb.

Esteban Okon: “Karyeramda ilk dəfə sıralanma turunun son sessiyasına qaldım və buna görə də xüsusi gün yaşayıram. Komanda burada mükəmmıl iş gördü. Bolidin içində özümü yaxşı hiss edirdim və iki bolidlə də son sessiyaya qaldıq. Son cəhdimdə bir neçə xırda səhv etdim. Bunlar olmasaydı, daha yaxşı yer tuta bilərdim. Amma artıq əlimizdən heç nə gəlmir. Yarışda iki sürücü ilə xal alaraq, builki uğurlu seriyamızı davam etdirmək istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 286
Teqlər , , , ,
Paylaş

logo