22 Noyabr 2017, Çərşənbə - 07:33

E.Okon: “Heç kimdən qorxmuram”

E.Okon: “Heç kimdən qorxmuram”

Müəllif: Rauf Hacıyev, redaktor

08:07 - 13 İyun, 2017

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, Peresdən komandaya şikayət edəcək.

F-1.az xatırladır ki, fransalı sürücü yeni təkərlərlə Serxio Peresə yaxınlaşmışdı. Daha sürətli olan Okon komanda yoldaşından onu buraxmasını istəmiş, lakin meksikalı sürücü komanda əmrinə qulaq asmamışdı. Amma Peres yarışın sonunda da Okona qarşı sərt müdafiə olunmuş və yarışdan sonra sərt tənqidlər almışdı.

Esteban Okon: “İlk andan etibarən əlimdən gələni etdim. Komanda ilə bu barədə danışmalıyam. Mən daha sürətli idim və komanda yoldaşımla daha yaxın mübarizə oldu. İlin sonuna qədər belə olacaq. Yarışda dost olmur. Bunu yenə gördük. Podium şansım var idi. Düzlükdə Rikkardodan qat-qat sürətli idik. Ən azından cəhd edə bilərdim. Peresdən daha yaxşı idim. Bu şansı dəyərləndirə bilmədiyimiz üçün məyusam. Amma belə şeylər yarışlarda olur. Mənim də yaxşı vaxtlarım gələcək. Bu barədə danışacam. Heç kimdən qorxmuram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 407
Teqlər , , ,
Paylaş

logo