E.Okon: “Force İndia-nın bu qədər sürətli olacağını gözləmirdim”

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, Hindistan təmsilçisinin bu qədər güclü olacağını gözləmirmiş.

F-1.az xatırladır ki, fransalı sürücü ilk 9 yarışın 8-də xal ala bilib. 21 yaşlı sürücünün ən yaxşı nəticəsi isə Barselonadakı 5-cilik olub.

Esteban Okon: “Komanda doğrudan da çox yaxşı iş görür. Sınadığımız detallardan yaxşı nəticələr ala bildik və bunun hesabına hazırda orta qrupdakı ən güclü komandayıq. Mövsümün əvvəlində rəqiblərimizdən geridə görünürdük, amma daha sonra çox işləməyə başlayaraq, 4-cü yerə yüksəldik.

Bu mövsüm ən yaxşı yarışım İspaniyada idi. Orada karyeramın ən yaxşı nəticəsini aldım və komandada hamı çox xoşbəxt idi. O yarışı heç vaxt unutmayacağam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*