E.Okon: “Ferstappenlə bir-birimizə nifrət edirdik”

Esteban Okon bildirib ki, aşağı seriyalarda rəqib olduğu Ferstappenə nifrət edirmiş...

F-1.az xatırladır ki, Okon 2014-cü ildə Formula3 seriyasında Ferstappenlə mübarizə aparmışdı. Okon Dünya Çempionu olduğu halda, Ferstappen 3-cü yeri tutmuşdu. Okon bu uğurundan sonra Mercedes Sürücü Akademiyasında qalmış, amma Ferstappen Toro Rosso ilə Formula1-də debüt etmişdi.

Okon o dövrlər barədə danışıb: “Mövsüm ərzində aramızda heç bir danışıq olmadı və bir-birimizə nifrət edirdik. Amma mövsüm bitdi və unutduq. O, böyük işlər görür. Bu uğurlara layiqdir. Maksın uğurlu olması gənc sürücülər üçün yaxşıdır. O göstərdi ki, yaş vacib deyil”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*