E.Okon Ferstappendən geri qalmır

Force İndia komandasının baş əməliyyatçısı Otmar Safnauer bildirib ki, sürücüsü Esteban Okon Maks Ferstappendən heç də geri qalmır.

F-1.az xatırladır ki, Ferstappen hazırda diqqət mərkəzində olsa da, Okon debüt mövsümündə mükəmməl performans göstərə bilmişdi.

Otmar Safnauer: “Nəsə demək çətindir, çünki fərqli bolidləri sürürlər. Amma Maks Red Bull-la böyük məbləğli müqavilə bağladı. Lakin biz Okonu bu məbləğin bir faizinə yarışdırırıq. Məncə, Esteban hərtərəfli güclü sürücüdür. Estebanı transfer edəndə onda xüsusi istedad olduğunu bilirdik. Bolidi yaxşı başa düşür və idarə edir. Bunun hesabına limitləri tez tapır. Daha sonra hisslərini danışır. Bolidddən nə istədiyini bilir. Yaşına görə çox güclüdür. Davamlı inkişafdadır və bu ən böyük üstünlüyüdür. 2017-ci ildə çox inkişaf edərək, Peresi bəzi yarışlarda keçə bildi. Şənbə günləri kimin öndə olacağını bilmirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*