15 Dekabr 2017, Cümə - 23:43

E.Okon: “Ən yaxşı nəticəni aldıq”

E.Okon: “Ən yaxşı nəticəni aldıq”

Müəllif: Rauf Hacıyev, redaktor

10:11 - 17 May, 2017

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, Barselona yarışı onlar üçün mükəmməl keçib.

F-1.az xatırladır ki, fransalı sürücü İspaniyada karyerasının ən yaxşı nəticəsini qazanaraq, 5-ci olmuşdu.

Estaban Okon: “Nəticədən çox razıyam. Növbəti dəfə iki bolidlə birdən xal aldıq və bu dəfə işlər bizim üçün doğrudan da yaxşı getdi. Yeniliklərin işə yaramasına görə sevincliyik. Red Bull hələ də önümüzdədir, amma arxadakı komandalarla fərqi artırmışıq. Boliddən mümkün olan ən yaxşı performansı çıxardıq. Mühəndislər Kubokunda 4-cü olmaq üçün böyük bir addım atdıq. Belə stabil nəticələr almağa davam etsək, daha yaxşı yerlər tuta bilərik. İndi əsas məqsədimiz Red Bull-la aradakı fərqi bağlamaqdır. Monako bizim üçün əlverişli traslardandır və eyni nəticəni təkrarlamaq istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 720
Teqlər , , ,
Paylaş

logo