19 Oktyabr 2017, Cümə axşamı - 00:19

E.Okon DTM-də yarışacaq

E.Okon DTM-də yarışacaq

Müəllif: Rauf Hacıyev, redaktor

10:32 - 12 Fevral, 2016

Renault komandasının ehtiyat sürücüsü Esteban Okon DTM seriyasında Mercedes komandasının şərəfini qoruyacaq. Fransalı sürücü Manor komandasına transfer olan Paskal Verlyaynı əvəz edəcək…

F-1.az xatırladır ki, Esteban Okon 2015-ci ildə GP3 seriyası üzrə Dünya Çempionu titulunu qazanıb. Fransalı pilot Mercedes-in gənc sürücülər proqramının yetirməsidir.

Okon DTM-ə keçidi ilə bağlı təəssüratlarını bölüşüb: “Bu cür güclü və peşəkar seriyada iştirak etdiyim üçün çox xoşbəxtəm.

Mən Mercedes-Benz üçün yarışacam və bilirəm ki, Mercedes hazırda DTM-in ən sürətli komandasıdır. Ona görə mənə bu şansı verənlərə minnətdaram.

Mercedes DTM tarixində ən uğurlu komandadır. Bunu ancaq çox işləsəniz və çox istəkli olsanız, bacara bilərsiniz.

Öyrənməli olduğum çox şey var, amma əsas məqsədim mövsümün sonunda qələbə uğrunda mübarizə aparmaqdır”.

Merceses-in DTM üzrə komanda rəhbəri Ulrix Frits Esteban haqda fikirlərini bölüşüb: “Esteban testlərdə çox şey öyrənib və DTM-də debüt etməyə hazırdır. Esteban GP3 seriyasında çempion olaraq öz istedadını sübut edib. Öyrənməli olduğu çox şey var və mövsüm ərzində bunları öyrənəcək, eyni zamanda təcrübə qazanacaq.

Əgər sizin tək düşündüyünüz çempionluğu qorumaqdırsa, qalib gəlməkdən başqa çarəniz yoxdur.

Paskal Verlyayn isə həmişə Mercedes ailəsinin üzvü olacaq. Ona uğurlar arzu edirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 277
Teqlər , , , , ,
Paylaş

logo