19 Oktyabr 2017, Cümə axşamı - 03:47

E.Okon: “Bundan yaxşısını bacara bilməzdim”

E.Okon: “Bundan yaxşısını bacara bilməzdim”

Müəllif: Rauf Hacıyev, redaktor

06:04 - 02 May, 2017

Force İndia komandasının sürücüsü Esteban Okon Rusiyada 7-ci yeri tutaraq karyerasında ən yaxşı nəticəsini göstərdiyi üçün xoşbəxt olduğunu deyib.

F-1.az xatırladır ki, fransalı sürücü mövsümün ilk 3 yarışında 10-cu yeri tutmuş və daha yaxşı nəticələr əldə etmək istədiyini demişdi. Soçi yarışında da 10-cu yerdən start alan 22 yaşlı sürücü əvvəlcə Hülkenberqi, daha sonra isə əlavə pit-stop edən Massanı keçərək, 7-ci yeri tutmuşdu.

Esteban Okon: “Mükəmməl performans göstərərək, 7-ci olduğum üçün xoşbəxtəm. Bu həftəsonu çox önəmli işlər gördük və Mühəndislər Kubokunda 4-cü yerimizi möhkəmlətdik. Mexaniklərdən mühəndislərə kimi hamı əla işlədi. Hamısına təşəkkür edirəm. Yarışda daha yaxşı nəticə əldə edə bilməzdik. Əlimdən gələn hər şeyi etdim və karyeramda ən yaxşı nəticəni qazandım. Pis start alsam da, birinci dövrə bitmədən itirdiyim yerləri kompensə etdim və daha sonra yalqız yarış keçirtdim. Barselonaya yüksək əhval-ruhiyə ilə gedirik. Orada bəzi yeni detallarımız olacaq və performansımızı artırmağı hədəfləyirik. Ümid edirəm ki, hər şey istədiyim kimi gedər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 991
Teqlər , , ,
Paylaş

logo