19 Yanvar 2018, Cümə - 21:09

E.Okon: “2019-cu ildə heyətlər dəyişəcək”

E.Okon: “2019-cu ildə heyətlər dəyişəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

21:03 - 12 Dekabr, 2017

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, əksər sürücülərin müqaviləsi 2018-ci ilin sonunda bitəcəyi üçün 2019-cu ildə komandaların yeni heyətlərlə yarışacağını gözləyir.

F-1.az xatırladır ki, Həmilton, Rəykkönen, Rikkardo, Alonso və Bottas kimi sürücülərin komandaları ilə olan müqavilələri gələn ilin sonunda bitəcək. Buna görə də fanları maraqlı transfer dedi-qoduları gözləyir.

Esteban Okon: “Gələn ilin sonunda hamının düşünmək üçün vaxtı olacaq. Bir neçə komandada boşluqlar olacaq və peletonda dəyişikliklər gözləyirəm. Mənim ilk hədəfim güclü başlanğıc edib özümü təkmilləşdirməkdir. Təcrübəmi artırsam, böyük komandalarda yarışmaq üçün fürsətim olacaq və buna görə əlimdən gələni edəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 31
Teqlər ,
Paylaş

logo