22 Noyabr 2017, Çərşənbə - 13:12

Ə.Nyui Sennanın ölümündə özünü məsul sayır

Ə.Nyui Sennanın ölümündə özünü məsul sayır

Müəllif: Rauf Hacıyev, redaktor

15:07 - 05 Noyabr, 2017

Aerodinamikanın atası sayılan Ədrian Nyui bildirib ki, Ayrton Sennanın ölümündə özünü məsul sayır.

F-1.az xatırladır ki, Ayrton Senna 1994-cü ilin San Marino yarışında qəza edərək dünyasını dəyişmişdi. Hazırda Red Bull komandasının baş konstruktoru olan Ədrian Nyui o dövrlər Williams komandasının baş konstruktoru idi.

Qəzadan sonra müzakirələr uzun illər davam etdi. Əsas mövzu isə yarışdan əvvəl yenidən qaynaqlanmış sükan mili idi.

Ədrian Nyui bu barədə yeni kitabı “How to Build a Car”-da yazıb. Kitabda sükandakı dəyişikliyi “pis mühəndislik” adlandırıb.

Britaniyalı mütəxəssis qəzanı Şumaxerin bolid üzərindəki kamerasından izləyib və qəza səbəbinin sükan mili ilə əlaqədar olmadığını düşünür. Videoda görünənə əsasən, qəza bolidin arxa tərəfinin qaçması nəticəsində reallaşır. Bu faktor isə Nyuini az da olsa, rahatlandırır.

Ədrian Nyui: “Sükan mili qəzaya səbəb olsa da, olmasa da, görülən pis işdən qaça bilmərik. Bolidin pis dizayn ilə trasa çıxmasına icazə verməməli idik. Mən əfsanəvi bir adamın ölümünə səbəb olan bolidin baş konstruktoruyam. Bolidin aerodinamikasının bərbad qurduğu üçün özümü günahkar sayıram. Bolidi aktiv asılqanlardan passiv asılqanlara keçirəndə hər şeyi məhv etdim. Buna görə də bolidin aerodinamik cəhətdən balansı pozuldu. Ayrton o bolidlə mümkünsüzləri etmək istəyirdi. Bolidin balansının pis  olması Senna üçün idarəetməni çətinləşdirirdi. Onun ölümü ilə bağlı özümü birbaşa günahkar saymasam da, məsuliyyətini həmişə hiss edəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 649
Teqlər , ,
Paylaş

logo