Ə.Nyui Renault-ya keçəcək?

İddialara əsasən, Renault komandası aerodinamikanın atası sayılan Ədrian Nyuini sıralarına qatmaq istəyir.

F-1.az xatırladır ki, Nyuinin Red Bull-la müqaviləsi ilin sonunda bitir. Lakin britaniyalı mütəxəssis daha əvvəl Ferrari və Mercedes-in təkliflərini rədd edib. Lakin aeroddinamikanın atasının franszılara nə cavab verəcəyi hələ də bilinmir. Qeyd edək ki, Nyui hazırkı komandası Red Bull-da çox sərbəstdir və Red Bull Technology daxilində Valkyrie adlı konsepti hazırlayıb.

Red Bull gələn il Honda mühərriklərinə keçsə, Renault-nun təklifi Nyui üçün daha da cəzbedici ola bilər.

Qeyd edək ki, Renault şirkəti hazırda Formula1 komandasına böyük sərmayə qoyur. Nyuinin də komandaya gəlməsi böyüməni tezləşdirə bilər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*